Təhsil 365 - Logo Mobile

“Dərs vəsaitlərinin çoxluğu şagirdlərə əlavə yük yaradır”- EKSPERT

8526.10.2025 - 14:15
“Dərs vəsaitlərinin çoxluğu şagirdlərə əlavə yük yaradır”- EKSPERT

Son illərdə məktəblərdə istifadə olunan dərs vəsaitlərinin sayı artmaqdadır. Şagirdlər bir dərs fənni üçün bəzən bir neçə kitab, iş dəftəri və əlavə vəsait daşımalı olur. Bu vəziyyət həm uşaqların fiziki sağlamlığına, həm də psixoloji rahatlığına təsir edir.

Təhsil eksperti Ramil Əhmədli “Tehsil365”ə bu məsələ ilə bağlı münasibətini bildirib.

Təhsil eksperti Ramil Əhmədlinin sözlərinə görə, dərs vəsaitlərinin çoxluğu uşaqların üzərində həm fiziki, həm də mənəvi yük yaradır. Onun fikrincə, bu vəziyyət xüsusilə ibtidai sinif şagirdləri üçün ciddi problemdir.

“Hazırda bir çox məktəblərdə hər fənn üzrə bir neçə əlavə vəsait təklif olunur. Bu, uşaqların çantasının çəkisini artırmaqla yanaşı, onların dərsə marağını da azaldır. Şagirdlər dərs prosesindən daha çox kitab daşımaqdan yorulurlar”, – deyə ekspert bildirib.

Ramil Əhmədli əlavə edib ki, dərs materiallarının elektron formada istifadəsi bu problemi azalda bilər:

“Əgər məktəblərdə elektron dərsliklər və planşetlərdən daha çox istifadə olunsa, həm fiziki yüklənmə aradan qalxar, həm də şagirdlər müasir texnologiyalardan yararlanaraq tədrisə daha həvəslə qoşularlar.”

Ekspert həmçinin qeyd edib ki, müəllimlər və valideynlər uşaqlara yalnız vacib vəsaitləri təklif etməli, əlavə dərsliklərin sayını minimuma endirməlidirlər.

“Əsas məqsəd uşaqları çoxlu kitablarla yormaq yox, az və keyfiyyətli mənbələr vasitəsilə dərin bilik qazandırmaq olmalıdır,” – deyə ekspert vurğulayıb.

Aydan Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...