Təhsil 365 - Logo Mobile

Beyini bu qidalar gücləndirir

8626.10.2025 - 12:15
Beyini bu qidalar gücləndirir

Beyinə hansı qidalar yaxşı təsir edir?

“Tehsil365” xəbər verir ki, bu qidalar daha çok tükəldilməldir.

Yumurta

Beyin üçün faydalı maddələrdən biri də “kolin”dir. Beyin hüceyrələrinin yenilənməsinə dəstək olan bu maddə ilə ən zəngin qida yumurtadır. Yumurta ilə yanaşı, yer fındığı, balıq, göyərtilər, soya və kətan toxumu da kolinlə zəngindir. Yumurtanın tərkibindəki amin turşuları isə beyin hüceyrələrinin funksiyalarını yaxşılaşdırır.

Badam

E vitamini beynin yaşlanmasının qarşısını alır. Ona görə də, badam kimi E vitamini ilə zəngin qidalar yemək lazımdır. Badamla yanaşı qoz, fındıq, yer fındığı, günəbaxan tumu, susam, kətan toxumu da beyin sağlamlığı üçün əhəmiyyətli rol oynayır

Üzüm

Son illərdə aparılan araşdırmalar üzümün dopamin hormonunun səviyyəsini artırdığını ortaya çıxarıb. Üzüm yeyən insanlar problemləri daha tez həll etməyə nail olurlar.

Tərkibində bol miqdarda “bor” turşusu olan üzüm beyin sağlamlığına yaxşı təsir edir. Alma və fındıq da borla zəngin meyvələrdir.

Göyəm

Göyəm, çiyələk, pomidor, kök kimi meyvə və tərəvəzlər çoxlu miqdarda antioksidant ehtiva edirlər. Antioksidantlar isə beynin yaşlanmasının qarşısını alır. Göyəm yaddaşı möhkəmləndirir, beyni stressin zərərli təsirindən qoruyur.

Sağlam bir beyin üçün hansı qidalardan uzaq durmaq lazımdır?

Spirtli içkilər

Fast-food

Çox duzlu qidalar

Rafinə edilmiş zülallar

Həddən çox şəkər

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...