Təhsil 365 - Logo Mobile

Direktorların işə qəbulu müsabiqəsi barədə ən çox verilən sualların cavabları açıqlanıb

8627.10.2025 - 10:08
Direktorların işə qəbulu müsabiqəsi barədə ən çox verilən sualların cavabları açıqlanıb

Təhsil sahəsində kadr seçimi prosesi çərçivəsində direktorların işə qəbulu müsabiqəsi ilə bağlı ən çox verilən sualların cavabları təqdim edilib.

"Tehsil365" həmin sual-cavabları təqdim edir:

Sual: Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Direktorların işə qəbulu 2 mərhələdən (seçim və müsahibə) ibarət müsabiqə yolu ilə keçirilir.

Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə kimlər iştirak edə bilər?

Cavab: Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...