Təhsil 365 - Logo Mobile

“Sağlam uşaq sağlam gələcək deməkdir bunun üçün hər iki alanda sağlam böyük və mühit gərəklidir”

10827.10.2025 - 12:30
“Sağlam uşaq sağlam gələcək deməkdir bunun üçün hər iki alanda sağlam böyük və mühit gərəklidir”

“Hər iki tərəfin rolu uşağın təhsilə marağında mühimdir”

Tehsil365” ə açıqlamasında bu sözləri psixoloq Əliyeva Pərvanə bildirib.

Onun sözlərinə görə: məktəb, uşağın motivasiyasını formalaşdıran ikinci böyük sosial məkandır. Burada marağın azalmasına səbəb olan əsas faktorlardan biri müəllimin münasibəti….uşaqda öyrənməyə maraq, ilk növbədə müəllimin ona olan emosional münasibətindən yaranır. Uşaq hiss edir ona inanılırmı, dəyər verilirmi. Digər tərəfdən tədris üsulları …sırf əzbərə, cəza və müqayisə üzərində qurulmuş dərs üsulları uşaqda “öyrənmək” hissini “imtahandan qorunmaq” hissinə çevirir.Başqa səbəblərdən olan sinifdəki sosial dinamika …əgər uşaq sinifdə qəbul olunmadığını, dost tapmadığını və ya tez-tez utandırıldığını hiss edirsə, beynində məktəb bərabərdir stres kodlanır.Başqa səbəbimiz,qiymətləndirmə sistemiz…dərs marağını “qiymət üçün öyrənmək” yönünə salırsa, daxili motivasiya zəifləyir”

“Ev uşaq üçün emosional baza rolunu oynayır. Əgər baza zəifdirsə, məktəb nə qədər yaxşı olsa da motivasiya dağılır.Valideyn münasibəti tənqid, müqayisə (bacın sənnən yaxşı oxuyur),ya da həddən artıq təzyiq uşağı öyrənmədən uzaqlaşdırır.Evdə olan digər təsir dəstəyin forması…uşağa “oxu!” demək əvəzinə onunla birlikdə maraq yaratmaq (görək bu mövzuda səncə nə maraqlıdır?)daha təsirlidir.Daha bir səbəbə toxunsaq ev atmosferi..daimi münaqişə, gərginlik və ya emosional soyuqluq uşaqda konsentrasiya və öyrənmə motivasiyasını azaldır.Digər toxunulası məqam ..model olma …əgər valideyn özü kitab oxumur, maraqlanmırsa, uşaq da öyrənməyə dəyər kimi baxmır”

“Əsas məqamlardan biri də aşırı tələbkar valideyn və kifayətlənməyən müəllim arasında qalan uşağın özü haqda “zatən oxusam’da alınmır vəya alınmayacaq” kimi hisslər yaradan böyüklərini qane edəməyəcəyini və yekunda mən yaddaşsızam,mən bacarmayacam, mən nə etsəmdə ok almayacam,oxumağı qeyri-əlçatmaz və nəsə gücə sahib biriləri bacarar alqısına bürünür”

“Uşaqda dərsə maraq həyat enerjisinin hansı sahəyə yönəldiyindən asılıdır. Əgər uşaq emosional olaraq valideynin sevgisini qazanmaq üçün çox enerji sərf edirsə, bu enerji öyrənməyə qalmır”

“Yəni evdə sevgi, qəbul və təhlükəsizlik hissi formalaşmadıqda, zehni inkişaf ikinci plana keçir.Uşağın özəlliyi nəzərə alınıb uyğun davranılarsa uğurlu həmin uşaq üçün uğur nə olacaqsa onunla kifayətlənilərsə həqiqətən o uşaqda uğurlu nəticələr əldə.Amma uşağın şəxsiyyət tipi də vacibdir…Duyğusal və həssas uşaq “ev atmosferindən” daha çox təsirlənir.Ekstrovert və sosial uşaq “məktəb mühitindən” daha çox təsirlənir”

“Və yekun onu deyə bilərəm ki, uşağın həyatında iki böyük kəsinliklə rol oynayır.Yəni iki valideyn biri müəllim digəri valideyndir”

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...