Təhsil 365 - Logo Mobile

Psixoloji baxımdan insanı elmə yönəldən əsas motivasiyalar hansılardır

10528.10.2025 - 10:40
Psixoloji baxımdan insanı elmə yönəldən əsas motivasiyalar hansılardır

Bizim bilik və savada düşüncə,fikir olaraq ac olmağımız belə elmə yönəlməmizin ən böyük səbəblərindən biridir.

Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.O, bildirib ki:

“İnsan biliyə,elmə yönəldiyi zaman onda bir növ dopamin ehtiyacı yaranır və dopamin ehtiyacının yaranması sözsüz ki,insanda marağın, öyrənmənin, aktivləşmənin necə zövq verdiyi hissini yaradır və sözsüz ki,biz bu anda istər-istəməz daha da maraq göstərməyə başlayırıq.Yəni, elm, öyrənəcəklərimiz, aldığımız məlumatlar bizim daha da özümüzü yaxşı hiss etdirməyə başlayır.Misal üçün,hər hansı bir məlumatı əldə etdiyimiz zaman o məlumatın bizə verdiyi güc,qüvvət,özünə inam elmə get-gedə maraq yaratmağa başlayır.Əslində, bizim aldığımız hər bir elmi məlumatlar bizim gələcək zamanlarımızda, vaxtlarımızda bizim xeyrimizə istifadə olunmağa başlayır.Yəni, oxunan heç bir kitab boşuna getmir.Alınan hər bir elmi məlumat boşuna getmir.Ümumiyyətlə insan həyatını mənalı şəkildə yaşamaq istəyirsə, mütləq dərəcədə mən kiməm? sualını verməlidir və mən kiməm? sualından sonra mən əslində özümü harada görürəm sualını verməlidirlər və harada görürəm sualına cavab verdikdən sonra istər istəməz oraya gedəcəyi hər bir yol,yəni hədəf və məqsədinə doğru gedəcəyi hər bir yol onu elmdən aparır.Ayrıca abturiyentin özü belə abituriyent olmamışdan,yəni tələbə olmamışdan öncə abituriyent mərhələsində bir neçə elmə,bir neçə biliklərə sahiblənir. Nə qədər bir Azərbaycan dili, Riyaziyyat,Kimya,Biologiya,Tarix,Ədəbiyyat bir çox fənləri öyrənərək özünü inkişaf elətdirib,həmin fənn haqqında müəyyən bir biliklərə və bir çox biliklərə sahib olub tələbəlik yolu üzərinə adımlanır.Tələbəlik yolu üzerinde getdiyi bir vaxtda,gələcək xəyal,məqsəd,hədəflərdən addımlamaq üçün istər istəməz,həmin mərhələdə,həmin tələbə,universitet dönəmində və yaxud kollec dönəmində özünü inkişaf etdirməyə başlıyır.Yəni,biz əgər bir yola,hədəfə sahib olmaq istəyiriksə,biz həmin yol üzərindən, özümüzü mütləq dərəcədə inkişaf etdirən tərəfdə olmalıyıq.Nəyinki də inkişafdan geri saxlayan tərəf.Özəlliklə belə bir misal çəkmək istədim,Viktor Franklinin çok gözəl bir sözü var, "İnsan biliklə həyatın mənasını birləşdirdikdə,çox gözəl bir duyğu yaranır.Yəni,bir növ insan biliklə daxili manasını birləşdirən zaman,həyatda məmnunluq yaranmağa başlıyır.Yəni, daxilimizdə yatan hüzurdan əlavə, həyat mənasından əlavə,bizim əldə etdiyimiz biliklər, bizi,insan olaraq özümüzü daha da anlamağımıza və kəşf etməyimizə kömək olur.Yəni, digər açıqlama ilə bizim dediyimiz psixoloji baxımından insanı elmə yönəldən əsas motivasiyalar hansılardır desək, insan əgər özünü tapmaq istəyirsə,daxili dünyasında hüzur əldə etmək istəyirsə,həyata baxış bucağını genişləndirmək istəyirsə,mütləq dərəcədə hər hansı bir elmə,bacarığa sahib olmalıdır.Yaxud hər hansı bir kitabı oxuyaraq onu tamamlayıb o kitab haqqında məlumat əldə etməlidir.Ona görə,mütləq bir insan bir həyatda uğur,məqsəd,hədəfə çatmağı istəyirsə və çatmağı düşünürsə,o mütləq dərəcədə bir elmin,bir biliyin,bir kitabın qolundan və qulpundan tutmalıdır”.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...