Təhsil 365 - Logo Mobile

"Məktəb dönəmi uşağın böyük cəmiyyətə giriş etdiyi dönəmdir"

9128.10.2025 - 13:12
"Məktəb dönəmi uşağın böyük cəmiyyətə giriş etdiyi dönəmdir"

“Məktəb dönəmi uşağın böyük cəmiyyətə giriş etdiyi dönəmdir. Bu dönəmə hazırlıq kiçik yaşlardan başlanmalıdır, danışıqlar aparılmalı, uşaq yeni perioda hazırlanmalıdır”

Tehsil365” ə açıqlamasında bu sözləri psixoloq Məmmədova Gövhər bildirib.Onun sözlərinə görə,müəyyən problemlər, duyğu dəyişiklikləri, adaptasiyada çətinlik gözlənilən hallardır, valideynlər belə hallarda təmkinlə uşağa yardımcı olmalı, onu anlamağa çalışmalı, kobud rəftərdan, əl əxsus da şiddətdən qaçınılmalıdır.

“Bəzən uşaqlar evdə gözlədiyi aqresiyanı məktəbdə üzə çıxarır, bununla bağlı müəllimlər tərəfindən şikayət gəlir və yenidən evdə uşağa aqresiya nümayiş etdirilir. Belə davam etdikdə evdə ona göstərilən aqresiya və mənfi davranışları, məktəbdə öz yaşıdlarına göstərəcək, çünki valideyn fiziki olaraq onda güclüdür, mənəvi olaraq uşaq valideyndən asılıdır, gücü çatdığı isə yaşıdı və daha kiçiklərdir”

“Digər bir nüans fiziki aktivlikdir ki, evdə yetəri qədər enerjisini xərcləyə bilmirsə, yenə də məktəbdə davam edəcəkdir. Yaxşı olar ki, marağı olan idman növünə,yaxud başqa bir fəaliyyətə yandırsınlar, əgər uşaq razıdırsa”

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...