Təhsil 365 - Logo Mobile

“Kiməm mən?” – Özünü axtaran gəncliyin səsi

6328.10.2025 - 14:26
“Kiməm mən?” – Özünü axtaran gəncliyin səsi

Gənclik dövrü insanın kimliyini formalaşdırdığı ən vacib mərhələdir. Bu dövrdə gənc həm daxili dünyasını, həm də ətrafdakı həyatı dərk etməyə çalışır. “Kiməm mən?”, “Nə üçün yaşayıram?”, “Mənim məqsədim nədir?” sualları bu dövrdə çox səslənir.

“Tehsil365” araşdırır ki, bu axtarış prosesində gənclər tez-tez çaşqınlıq hissi yaşayır. Çünki bir tərəfdə ailənin, müəllimlərin və cəmiyyətin istəkləri, digər tərəfdə isə şəxsi arzular və istəklər dayanır. Bəzən insan başqalarının gözləntilərinə uyğun davranır, amma içində bir boşluq hiss edir. Bu boşluq, insanın öz kimliyini hələ tam tapmamasından yaranır.

Psixoloqlar qeyd edir ki, özünü tanımaq üçün gənc tək qalmaqdan qorxmamalıdır. Öz düşüncələrini, hisslərini və davranışlarını müşahidə etməyi öyrənmək lazımdır. Hər gəncin fərqli təbiəti və enerjisi var. Başqaları ilə müqayisə etmək bu səsi zəiflədir.

Əsl “özünü tapmaq” — başqaları kimi olmamağı, öz dəyərlərinə sadiq qalmağı bacarmaqdır. İnsan kim olduğunu anladıqca, onun həyatı da daha aydın və mənalı olur.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...