Təhsil 365 - Logo Mobile

Qorxu və arzuların toqquşduğu dövr

6728.10.2025 - 14:48
Qorxu və arzuların toqquşduğu dövr

Gənclik həm arzuların, həm də qorxuların ən güclü qarşılaşdığı dövrdür. Gənclər çox şey arzulayır: uğurlu karyera, sevgi, azadlıq, özünü ifadə etmək… Amma eyni zamanda qorxurlar — bacarmamaqdan, tənqid olunmaqdan, səhv addım atmaqdan.

“Tehsil365” araşdırır ki, bu qorxular bəzən insanı yerində saxlayır. “Ya alınmasa?” fikri arzuların qarşısını kəsir. Lakin psixoloqlar bildirirlər ki, qorxu olmadan inkişaf da mümkün deyil. Qorxu, sadəcə bədənin təbii xəbərdarlıq sistemidir, amma ona boyun əymək insanın potensialını məhdudlaşdırır.

Hər gənc bilməlidir ki, səhv etmək – öyrənməyin bir formasıdır. Uğur qazanmış insanların əksəriyyəti dəfələrlə yıxılıb, amma davam edib. Ən vacib olan – mükəmməllik deyil, cəhd etməkdir. Qorxuya baxmayaraq bir addım atmaq, insanın özünə inamını artırır.

Arzular, insanı yaşamağa motivasiya edən gücdür. Onlara doğru getmək üçün isə cəsarət – gəncin ən vacib silahıdır.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...