Təhsil 365 - Logo Mobile

Tənha gənclik: özünlə dostluq etməyi öyrənmək

7128.10.2025 - 15:28
Tənha gənclik: özünlə dostluq etməyi öyrənmək

Gənclik dövründə tək qalmaq qorxusu çox yayılmışdır. İnsanlar düşünürlər ki, tək qalmaq sevilməmək və ya uğursuzluq deməkdir. Amma psixologiya sübut edir ki, sağlam yalnızlıq – inkişafın və özünü dərk etməyin vacib mərhələsidir.

“Tehsil365” araşdırır ki, tək qalmaq, insanın öz daxili dünyasına baxması üçün fürsətdir. Bu anlarda insan anlayır ki, onun dəyəri başqalarının təsdiqinə bağlı deyil. Özünü sevən və dəyərləndirən gənc, münasibətlərdə də sağlam sərhədlər qura bilir.

Əks halda, insan başqalarının sevgisinə möhtac olur və bu, asılılıq yaradır.

Özünlə dostluq etməyi bacarmaq — sakitlikdə rahat olmaq deməkdir. Kitab oxumaq, təbiətdə vaxt keçirmək, düşünmək – bunlar insanın içini zənginləşdirir.

Tənha gənclik, bir mərhələdir. Və bu mərhələdən çıxan insan, artıq daha güclü, emosional cəhətdən yetkin və azad olur.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...