Təhsil 365 - Logo Mobile

Öz yolunu tapmaq: başqalarının səsi deyil, öz səsini dinlə

8128.10.2025 - 15:49
Öz yolunu tapmaq: başqalarının səsi deyil, öz səsini dinlə

Hər gənc bir anda öz yolunu seçmək məcburiyyətində qalır: hansı ixtisas, hansı həyat tərzi, hansı istiqamət? Amma çox vaxt bu seçimlər başqalarının təsiri ilə edilir – ailə, cəmiyyət, dostlar.

Zaman keçdikcə isə insan anlayır ki, onun xoşbəxtliyi başqalarının arzularına yox, öz dəyərlərinə bağlıdır.

“Tehsil365” araşdırıb ki,psixoloqlar deyirlər ki, insanın öz yolunu tapması üçün sükut lazımdır. Çünki xarici səslər çox olduqda, daxili səs eşidilmir. Gənc özünü tanımaq üçün bəzən cəsarətlə “yox” deməyi öyrənməlidir.

Səhv seçimlər də bu yolun bir hissəsidir — çünki hər səhv, gələcəkdə düzgün addım üçün təcrübə yaradır.

Öz yolunu tapmaq – başqalarına qarşı çıxmaq deyil, sadəcə özünü itirməməkdir. Hər bir gəncin içində bir istiqamət var. O səsi dinləmək, həyatın ən böyük uğurudur.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...