Təhsil 365 - Logo Mobile

Gənc Yazıçı Pərviz Rzalı: Yazıçılığa Həvəskar olaraq 2021-ci ildə Başlayıb və Detektiv Janrında Uğurlar Qazanır

13429.10.2025 - 06:24
Gənc Yazıçı Pərviz Rzalı: Yazıçılığa Həvəskar olaraq 2021-ci ildə Başlayıb və Detektiv Janrında Uğurlar Qazanır

22 yaşlı yazıçı *Pərviz Rzalı* yazıçılıq yoluna 2021-ci ildə həvəskar olaraq qədəm qoyub.

Tehsil365 xəbər verir ki, ilk hekayəsi "Fırtınada Səyahət" adlı əsərini türk dilində yazan Pərviz, bu sahədə özünü sınamaq üçün fərqli janrlara da maraq göstərib.

Daha sonra o, detektiv janrında əsərlər yaratmağa başlayıb və bu sahədə uğurlu işlərə imza atıb. Onun yazdığı "Yunayted Otel" və davamı olan "A və Edvard Uilson" hekayələri oxucular tərəfindən maraqla qarşılanıb. Lakin gənc yazıçının ən böyük uğuru sayılan əsəri "Gecə Ovçusu" olub. Bu hekayə onun yaradıcılığında dönüm nöqtəsi hesab edilir və oxucular arasında geniş rəğbət qazanıb.

Hal-hazırda Pərviz Rzalı "Gecə Ovçusu" kitabının ikinci hissəsi olan "Gecə Ovçusu Küllərdən Doğulan" üzərində işləyir və bu yeni əsərin də böyük maraq doğuracağı gözlənilir.

Pərviz Rzalı həmçinin təhsillə də məşğuldur. O, 2018-2022-ci illərdə İnşaat Kollecində təhsil alıb və hazırda Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsidir. Yazıçı kimi fəaliyyətinə baxmayaraq, təhsilini davam etdirməklə gələcəkdə həm peşəkar, həm də ədəbi sahədə uğurlar qazanmaq istəyir.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...