Təhsil 365 - Logo Mobile

İnsan insanla formalaşır — Sosial münasibətlərin şəxsiyyətə təsiri

5729.10.2025 - 14:25
İnsan insanla formalaşır — Sosial münasibətlərin şəxsiyyətə təsiri

İnsan təbiəti etibarı ilə sosial varlıqdır. Biz başqaları ilə əlaqə qurduqca formalaşır, özümüzü tanıyır və dəyərlərimizi müəyyənləşdiririk. Sosial münasibətlər, bir növ, güzgü rolunu oynayır – başqalarının bizə olan münasibəti özümüzə baxışımızı dəyişdirir.

“Tehsil365” araşdırır ki, əgər ətraf mühit bizi anlayırsa, şəxsiyyətimiz güclənir; əks halda, daxilimizdə təcrid hissi yaranır. Müasir dövrdə sosial şəbəkələrdəki süni münasibətlər isə real ünsiyyətin dəyərini azaldır. Gənclər üçün ən vacib məsələ – səmimi dostluqlar qurmaq, paylaşmaqdan qorxmamaq və öz fikrini ifadə etməyi öyrənməkdir. Çünki insan ancaq insanla böyüyür.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...