Təhsil 365 - Logo Mobile

Empatiya– başqasını hiss etmək sənəti

5929.10.2025 - 15:17
Empatiya– başqasını hiss etmək sənəti

Empatiya başqasının yerinə özünü qoymaq bacarığıdır. Cəmiyyətlərdə empati azaldıqca anlaşılmazlıq artır, münasibətlərdə məsafə yaranır. İnsan empati göstərməklə yalnız qarşısındakı şəxsi anlamır, həm də öz duyğularını tanımağı öyrənir.

“Tehsil365” araşdırır ki, gənclər arasında empatiya inkişaf etdirmək ünsiyyət bacarıqlarını, liderlik keyfiyyətlərini və qarşılıqlı hörməti gücləndirir. Empatiya təkcə başqasına acımaq deyil – onu başa düşmək, susduğunda nə demək istədiyini “duymaq” bacarığıdır.

Empatiya qurulan münasibətlərdə insanlar daha az mübahisə edir və daha çox anlayış göstərirlər. Bəzən “başa düşülmək” sadəcə “dinlənilmək” qədər sadədir.

Fidan Fətullayeva

Новостная лента

На данный момент новостей в ленте нет...