Təhsil 365 - Logo Mobile

Şagirdlərin fərdi inkişafını dəstəkləmək üçün hansı metodlardan istifadə edilməlidir?

15430.10.2025 - 09:40
Şagirdlərin fərdi inkişafını dəstəkləmək üçün hansı metodlardan istifadə edilməlidir?

Uşaqların yalnız dərslə deyil, maraqlarına uyğun fəaliyyətlərlə də inkişaf etməsi üçün məktəblərdə dərnəklər, yaradıcılıq və idman qrupları təşkil olunmalıdır.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Nizami Orucov deyib.O,bildirib ki:

“Uşaqların şəxsi inkişafını bir neçə istiqamətdə dəstəkləmək olar. 1. Psixoloji və şəxsi inkişaf yönümlü metodlar: Bu istiqamətdə ən vacib məsələ məktəblərdə psixoloji xidmətin gücləndirilməsidir. Hər bir şagirdin fərdi psixoloji vəziyyətini izləmək və dəstəkləmək üçün məktəb psixoloqları ilə yanaşı, şəxsi psixoloq və ya mentor yanaşması tətbiq oluna bilər.

Məsələn: Emosional dəstək sessiyaları (emotional coaching) – şagirdin öz hisslərini tanıması, idarə etməsi və düzgün ifadə etməsinə kömək edir.

Koqnitiv-davranış yanaşması (CBT prinsipinə əsaslanan sadə üsullar) – uşaqlarda neqativ düşüncə formalarını tanımaq və onları daha pozitiv, realist düşüncələrlə əvəzləməyə yönəldilir. Empatiya və özünüdərketmə məşğələləri – uşaqların həm öz hisslərini, həm də başqalarının duyğularını anlama bacarığını inkişaf etdirir.

Bu metodlar həm fərdi travmaların qarşısının alınmasında, həm də uşaqların emosional intellektinin yüksəldilməsində mühüm rol oynayır. 2. Asudə vaxtların təşkili və fərdi yanaşma metodları: Uşaqların yalnız dərslə deyil, maraqlarına uyğun fəaliyyətlərlə də inkişaf etməsi üçün məktəblərdə dərnəklər, yaradıcılıq və idman qrupları təşkil olunmalıdır. Belə mühit uşaqlarda özünüifadə, liderlik, komanda işi, məsuliyyət hissi kimi bacarıqları formalaşdırır. Hər bir şagirdin maraq dairəsini nəzərə alaraq fərdi inkişaf planı hazırlanması məsələn, kimisi musiqiyə, kimisi idmana, digəri isə sosial fəaliyyətlərə yönəldilə bilər bu uşağın özünü daha dəyərli hiss etməsinə kömək edir. Asudə fəaliyyətlər eyni zamanda uşaqların emosional boşalmasına, stresin azalmasına və sosial bacarıqlarının artmasına səbəb olur”.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...