Təhsil 365 - Logo Mobile

“Uşağın maddi təminatı tam olsa da, emosional boşluq qalır” — psixoloq Günel Əkbərova

10431.10.2025 - 19:35
“Uşağın maddi təminatı tam olsa da, emosional boşluq qalır” — psixoloq Günel Əkbərova

Müasir dövrdə uşaqlarda və yeniyetmələrdə aqressiyanın artması artıq valideynləri, müəllimləri və cəmiyyəti ciddi düşündürən məsələyə çevrilib. Məsələnin kökündə isə təkcə davranış problemləri deyil, emosional ehtiyacların ödənilməməsi dayanır.

Bu mövzu ilə bağlı psixoloq Günel Əkbərova “Tehsil365”ə açıqlamasında bildirib ki, uşaqlarda aqressiyanın əsas səbəbi sevgi, diqqət və anlaşılmaq kimi emosional tələbatların qarşılanmamasıdır.

Günel Əkbərovanın sözlərinə görə, bir çox valideynlər övladlarının maddi ehtiyaclarını ödəməklə hər şeyin qaydasında olduğunu düşünürlər.

“Keçmiş nəsil uşaqlıqda maddi çatışmazlıq görüb, indi isə bunu kompensasiya etmək üçün övladlarını hər cür imkanla təmin edir. Amma sevgi, diqqət, dinlənilmə kimi duyğular ödənməyəndə, uşaq daxilində gərginlik hiss edir və bu, aqressiya şəklində üzə çıxır.”

Psixoloq vurğulayıb ki, valideynlərin “al, telefona bax” yanaşması uşaqlarda aqressiv davranışların artmasına səbəb olur:

“Uşaq sosial mediada və ya cizgi filmlərində tez-tez zorakılıq səhnələri görür. Gördüyünü isə model kimi qəbul edir və real həyatda təkrarlayır. Beləcə, şiddət və aqressiya onun davranış tərzinə çevrilir.”

Günel Əkbərova qeyd edib ki, uşaqların başqaları ilə müqayisə edilməsi onların özünə dəyər hissini azaldır və gərginlik yaradır:

“Valideynlər tez-tez ‘filankəs kursa gedir, sən niyə getmirsən?’ kimi cümlələrlə uşaqları təzyiq altında saxlayırlar. Uşaq artıq öz dəyərini başqalarının təsdiqinə əsasən ölçür və bu da aqressiyaya gətirir"

Psixoloq əlavə edib ki, uşaqların çox yüklənməsi — dərslər, kurslar, məşğələlər — onların duyğularını ifadə etməsinə imkan vermir:

“Uşaq ağlayanda ‘sus’, danışanda ‘indi vaxtı deyil’ deyilir. Bu halda uşaq duyğularını bastırmağa öyrəşir. Amma bastırılmış hisslər bir gün aqressiya şəklində geri qayıdır.”

Günel Əkbərova bildirib ki, uşaq ailədə aqressiya və zorakılıq görürsə, bu davranışı normal saymağa başlayır:

“Uşaq bir güzgü kimidir — nə görürsə, onu yansıdır. Əgər valideyn qışqırır, təhqir edir və kobud davranırsa, uşaq da bu modeli gələcəkdə təkrarlayır.”

Bəs aqressiyanın qarşısı necə alınmalı?

Psixoloq sonda vurğulayıb ki, uşaqlarda aqressiyanın qarşısını almağın əsas yolu emosional ehtiyacları ödəməkdir:

“Uşağa sevgi, anlayış və dinlənilmə hissi verilməlidir. O, duyğularını ifadə edə bildikcə və anlayan valideyn gördükcə, aqressiya azalır, yerini sakitlik və özünə inam hissi tutur.”

İnsan psixologiyasını dərindən analiz edən Günel Əkbərova hesab edir ki, uşağın aqressiv davranışını dəyişmək üçün ilk addım onun duyğularını anlamaqdan keçir.

“Unutmayaq ki, uşaqlar doğulduqları kimi davranmırlar — onlar gördüklərini öyrənirlə

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...