Təhsil 365 - Logo Mobile

Şagirdin davranış pozuntularına psixoloq və müəllim necə yanaşmalıdır?

15402.11.2025 - 09:10
Şagirdin davranış pozuntularına psixoloq və müəllim necə yanaşmalıdır?

Davranış pozuntuları uşağın “məni anlayın” siqnalıdır. Belə hallarda ilk addım uşağı cəzalandırmaq yox, onun niyə belə davrandığını anlamağa çalışmaq olmalıdır.

Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Nizami Orucov demişdir.O, bildirib ki:

“Həm psixoloq, həm də müəllim bu vəziyyətə empatiya ilə yanaşmalıdır. Çünki davranışın arxasında çox vaxt ailə mühitindəki gərginlik, diqqət və sevgi çatışmazlığı, ya da emosional ehtiyacların ödənilməməsi dayanır.

Müəllim dərs zamanı qaydanı pozan şagirdi dərhal sərt reaksiya ilə cəzalandırmaq əvəzinə, daha sonra onunla sakit tonda danışmalı, “nə baş verdi, səni nə narahat etdi?” kimi suallarla səbəbi anlamağa çalışmalıdır. Uşaq özünü dinlənilmiş hiss etdikcə aqressiv və ya neqativ davranışlar tədricən azala bilir.

Psixoloqun rolu isə həm uşağın daxili emosional vəziyyətini dəyərləndirmək, həm də müəllim və valideynlə birlikdə planlı şəkildə işləməkdir. Uşağa fərdi yanaşma, sosial, emosional bacarıqların inkişaf etdirilməsi, müsbət davranışın gücləndirilməsi vacibdir. Ən əsası, psixoloq və müəllim bir komanda kimi çıxış etməlidirlər. Əgər uşaq məktəbdə dəstəyi, anlayışı və qəbul edilməyi hiss edirsə, bu, onun davranışını dəyişdirmək üçün ən güclü motivasiya olur”.

Nərgiz Süleymanova

Новостная лента

На данный момент новостей в ленте нет...