Təhsil 365 - Logo Mobile

Qırıqlı kənd məktəbində “Qalib Azərbaycanın şanlı tarixi” mövzusunda dəyirmi masa keçirilib - FOTO

9103.11.2025 - 06:43
Qırıqlı kənd məktəbində “Qalib Azərbaycanın şanlı tarixi” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Bu gün, 3 noyabr 2025-ci il tarixində Qırıqlı kənd ümumi orta məktəbində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Qalib Azərbaycanın şanlı tarixi” mövzusunda dəyirmi masa təşkil olunub.

"Tehsil365" xəbər verir ki, tədbir tarix müəllimi İdrisova Ayşənin təşkilatçılığı ilə baş tutub. Dəyirmi masa zamanı şagirdlər Zəfər Gününün tarixi əhəmiyyətindən, ordumuzun qəhrəmanlığından və Vətən müharibəsində qazanılan böyük Qələbədən danışıblar.

Zəfər Günü – Azərbaycan xalqının qürur və iftixar günüdür!


Aydan Ələkbərova

Новостная лента

На данный момент новостей в ленте нет...