Təhsil 365 - Logo Mobile

Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar

9410.11.2025 - 18:46
Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar

Qadın stolüstü tennisçilərimiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında üçuncü yeri tutublar.  

‘‘Tehsil365’’ xəbər verir ki, komanda yarışlarının qrup mərhələsində Uqanda və Pakistan, 1/4 finalda isə Maldiv seçməsinə qalib gələn Mərziyyə Nurmətova, Zemfira Mikayılova və Aylin Əsgərovadan ibarət komanda bu gün yarımfinalda Misir seçməsi ilə qarşılaşıb.

Görüş 8-5 hesabı ilə Afrika təmsilçisinin xeyrinə nəticələnib. Beləliklə, stolüstü tennisçilərimiz komanda yarışlarını bürünc mukafatla başa vurublar.

Səma Qarayeva

Новостная лента

На данный момент новостей в ленте нет...