Təhsil 365 - Logo Mobile

Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi qulluqçulara "leytenant" hərbi rütbəsi veriləcək

7412.11.2025 - 12:22
Zabit kursunu bitirən ali təhsilli müddətli hərbi qulluqçulara "leytenant" hərbi rütbəsi veriləcək

Leytenant hərbi rütbəsi verilən hərbi qulluqçuların siyahısı genişləndirilir.

Tehsil365” "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklik edilməsi təklif edilir.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına "leytenant" hərbi rütbəsi veriləcək.

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...