Təhsil 365 - Logo Mobile

Görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub

10413.11.2025 - 05:46
Görkəmli bəstəkar Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan musiqisinin parlaq simalarından biri olan Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.

“Tehsil365”xəbər verir ki,Filarmoniyadan bildirilib ki konsertdə Mustafa Aşurovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Tofiq Quliyevin kino musiqiləri, romansları və estrada nümunələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Görüş”, “Bəxtiyar”, “Qızmar günəş altında”, “Qaynana”, “Telefonçu qız”, “Ögey ana” kimi məşhur filmlərin yaddaqalan musiqiləri konsert proqramına daxil edilib.

Solistlər arasında Ülkər Əliyeva, Nurlana Abdullayeva, Xəyyam Nisanov, Hidayət Əliyev (vokal), Nigar Cəlilova, Səma Həmzəyeva, Günel Hacıyeva, Nərgiz Kərimova, Elmira Rəhimova, (soprano), Cəlal Kərimov (bariton), Nihad Orucov, Fərid Əliyev, Atəş Qarayev (tenor), Rəvanə Qurbanova (xanəndə), eyni zamanda, Fəhmin Əhmədli (piano), Rəvan Mustafazadə (tar) və Seymur Həsənsoy (qarmon) instrumental ifaları ilə proqramı zənginləşdiriblər.

Nərmin Süleymanlı

Новостная лента

На данный момент новостей в ленте нет...