Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Avropa dilləri kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş “Konstitusiyamızı tanıyaq, gənclərlə suverenliyimizi qoruyaq” adlı tədbir keçirilib.
“Tehsil365” bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirin aparıcılığını Filologiya fakültəsinin 435a qrup tələbələri Jalə Ağayeva və Nəzrin Hüseynli həyata keçiriblər.
Daha sonra iştirakçılar Konstitusiyanın dövlətçilik tarixindəki rolu və milli dəyərlərin qorunmasındakı əhəmiyyəti barədə çıxışlar ediblər.
Tədbirdə Avropa dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmsinur Aslanova, kafedranın baş müəllimləri Aybəniz Rəfiyeva və Təranə Nuriyeva, həmçinin Filologiya fakültəsinin 333a qrup tələbələri – Fidan Hüseynli, Aytac Aslanova və Gülnarə Əliyeva da çıxış ediblər.
Bununla yanaşı, tədbirdə Filologiya fakültəsin kafedra müdirləri fil.f.d., dosent Aytən Hacıyeva, fil.f.d., dosent Vəfa Seyid, ped.f.d, dosent Sevinc Hüseynova , fil.f.d., dosent Fərəh Niftəliyeva və Filologiya fakültəsinin dekan müavini dosent Namiq Əsədov da iştirak ediblər.
Filologiya fakültəsinin dekanı, fil.f.d., dosent Aynur Budaqova tədbirin əhəmiyyətini vurğulayaraq gənclərə uğurlar arzulayıb.
Tədbir Ümummilli Lider Heydər Əliyevin fikirləri və “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

