Noyabrın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Belarus Dil və Mədəniyyəti Mərkəzinin direktoru, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Klimov Sergey Leonidoviçin rəhbərliyi ilə fakültənin II kurs tələbələri "İstiqlal" muzeyini ziyarət ediblər.
“Tehsil365” bildirir ki, ekskursiya zamanı tələbələr muzeyin müxtəlif bölmələri ilə tanış olub, sərgilənən eksponatlar barədə ətraflı məlumat alıblar. Tarixi nümunələr gənclərdə Azərbaycanın keçmişi, bu günü və gələcəyi haqqında dərin təəssürat yaradıb.
Zəfər Günü ərəfəsində təşkil olunan ziyarət tələbələrdə vətənpərvərlik hisslərinin möhkəmlənməsində mühüm rol oynayıb.

