Təhsil 365 - Logo Mobile

ADU-da “Macar Günü – Dünyadakı Macarlar” adlı tədbir keçirilib

10413.11.2025 - 17:15
ADU-da “Macar Günü – Dünyadakı Macarlar” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Dünya dilləri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Nərgiz Seyidova və macar dili müəllimi Blanka Annanın təşkilatçılığı ilə “Macar Günü – Dünyadakı Macarlar” adlı tədbir keçirilib.

“Tehsil365” bildirir ki, tədbir Azərbaycan Dillər Universitetinin Macar Mərkəzində baş tutub. Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Mərkəzi və Şərqi Avropaşünaslıq ixtisası üzrə təhsil alan 181 nömrəli qrupun tələbələri də tədbirdə iştirak ediblər.

Tədbirin məqsədi tələbələrə Macarıstanın tarixi, mədəniyyəti, musiqi və kino irsi haqqında daha geniş məlumat verməkdən ibarət olub. Tədbirdə interaktiv və əyləncəli sərgi nümayiş etdirilib. İştirakçılar Macar musiqi səhnəsinə və kinematoqrafiyasına aid nümunələrlə tanış olublar, həmçinin ölkəmizdə geniş yayılmış macar mənşəli oyunlarda iştirak etmək imkanı əldə ediblər.

Tədbir çərçivəsində Macarıstanda mövcud təqaüd proqramları və tələbələrin həmin proqramlara müraciət imkanları barədə də məlumat verilib.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...