Təhsil 365 - Logo Mobile

Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda

7815.11.2025 - 05:30
Harri Potter" ulduzunun şəxsi əşyaları hərracda

Mərhum aktyor Alan Rikmanın şəxsi əşyaları, o cümlədən "Harri Potter" filmlərinin ssenariləri "Propstore"da hərraca çıxarılacaq.

Tehsil365” "The Guardian"a istinadən xəbər verir ki, üçgünlük hərrac 5-7 dekabr tarixlərində Londonda keçiriləcək.

Hərracın təşkilatçıları aktyorun filmin çəkilişlərindən ssenarilərinin və digər xatirə əşyalarının plastik qutularda saxladığını açıqlayıblar.

Xatırladaq ki, "Qızıl Qlobus" mükafatı laureatı olan aktyor 2016-cı ildə mədəaltı vəzi xərçəngindən vəfat edib. Onun ən məşhur rolu 2001-ci ildən 2011-ci ilə qədər yayımlanan "Harri Potter" filmlərindəki Severus Sneyp rolu olub.

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...