Noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Lefkoşa, Girnə və digər şəhərlərində Respublika Gününün 42-ci ildönümünə həsr olunan təntənəli mərasimlər keçirilir.
“Tehsil365” xəbər verir ki, Lefkoşada Prezident Kompleksində rəsmi qəbul təşkil olunub və bu tədbirdə ŞKTC-nin altıncı Prezidenti Tufan Erhürman çoxsaylı təbrikləri qəbul edib.
Türkiyə tərəfdən tədbirlərdə vitse-prezident Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. O, Ankaranın Kipr türklərinə dəstək məsələsində dəyişməz qətiyyətini bir daha bəyan edib.
Türkiyənin müxtəlif rəsmi qurumları, o cümlədən Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də ŞKTC rəhbərliyinə və sakinlərinə təbriklərini çatdırıblar.
Mərasim çərçivəsində ŞKTC-nin ilk Prezidenti Rauf Denktaşın və onun silahdaşı Fazıl Küçükün abidələri, eləcə də Kipr türklərinin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidələri önünə əklillər qoyulub.
Lefkoşada Fazıl Küçük bulvarında bayram yürüşü keçirilib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Şimali Kipr sahillərində lövbər salıblar.

