Təhsil 365 - Logo Mobile

Dubayda Beynəlxalq Muzeylər Şurasının 27-ci Baş konfransı keçirilib

10215.11.2025 - 17:36
Dubayda Beynəlxalq Muzeylər Şurasının 27-ci Baş konfransı keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyanın 3000-dən çox muzey mütəxəssisinin iştirakı ilə ICOM-un “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” devizi altında 27-ci Baş konfransı keçirilib.

“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, konfransın proqramına ondan çox əsas sessiya, 400-dən çox natiq, 100-dən artıq çıxış, panel, seminar və interaktiv təlimlər daxildir.

Tədbirdə ICOM Azərbaycan Milli Komitəsinin sədri, “Azərxalça” ASC-nin İdarə Heyətinin üzvü Əsmər Babayeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, bir sıra muzey direktorları və digər nümayəndələr iştirak ediblər.

Əsmər Babayeva 2023–2025-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin fəaliyyəti, ölkənin muzey həyatında yeniliklər, təşkil olunan tədbirlər və beynəlxalq əməkdaşlıq barədə məlumat verib. O bildirib ki, muzeylər maddi və qeyri-maddi irsi toplayan, qoruyan və cəmiyyətə təqdim edən, açıq və inklüziv fəaliyyət göstərən qurumlardır.

Konfrans digər ölkələrin çıxışları ilə davam edib.

Qeyd edilib ki, ICOM-un üç ildən bir keçirilən Baş konfransı bu il ilk dəfə Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda təşkil olunub. Bu tədbir beynəlxalq muzey ictimaiyyətinin fikir mübadiləsi və əməkdaşlığının genişləndirilməsinə xidmət edir.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...