Təhsil 365 - Logo Mobile

Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

12516.11.2025 - 06:05
Yeni baş nazir təyin ediləcək - Qərar gözlənilir

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.

Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir

Amidə Zeynalova

Новостная лента

На данный момент новостей в ленте нет...