Təhsil 365 - Logo Mobile

Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir

10616.11.2025 - 15:23
Aerobika gimnastikası üzrə qitə birinciliyi davam edir

Gəncə İdman Sarayında start götürən aerobika gimnastikası üzrə Avropa çempionatı davam edir.

Təhsil365”in bölgə müxbiri xəbər verir ki, 18 ölkədən 151 gimnastın iştirak etdiyi yarışın ikinci günündə təsnifat mərhələsi baş tutub. İdmançılar qarışıq cütlük, üçlük, qrup və aerodans kateqoriyaları üzrə təsnifat mərhələsində çıxışlarını tamamlayıblar. Aerobika gimnastikası üzrə milli komandamızın favorit cütlüyü Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsindəki çıxışına əsasən final mərhələsinə vəsiqə qazanıb.

Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma baş tutub. I yerdə İtaliya, II yerdə Rumıniya, III yerdə İspaniya komandaları qərarlaşıb.

Zərda Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...