Təhsil 365 - Logo Mobile

Bakı Musiqi Akademiyasında “Üzeyir irsi - xor musiqisində” adlı konsert keçirilib

10416.11.2025 - 15:46
Bakı Musiqi Akademiyasında “Üzeyir irsi - xor musiqisində” adlı konsert keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Xor-dirijorluq” kafedrasının “Üzeyir irsi - xor musiqisində” adlı konserti keçirilib.

Bakı Musiqi Akademiyasından “Təhsil365”ə bildirilib ki, konsertin bədii rəhbəri Xalq artisti, BMA-nın “Xor-dirijorluq” kafedrasının müdiri, professor Gülbacı İmanovadır. Tədbirdə BMA-nın birləşmiş tələbə xoru, “Sabah” qruplarının musiqişünaslardan ibarət “Xarıbülbül” xoru və instrumental ifaçılıq tələbələrindən ibarət xoru çıxış ediblər.

Zərda Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...