Bakı Beynəlxalq İncəsənət Festivalı məşhur "Yang Liping Contemporary Dance" (Çin) qrupunun "Bahar ayini" xoreoqrafik tamaşasını böyük uğurla təqdim edib.
“Təhsil365” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında nümayiş etdirilən tamaşa festival proqramının kulminasiya anlarından biri olmaqla yanaşı, tamaşaçılara İqor Stravinskinin klassik şah əsərini daha güclü, emosional və dərin poetik formada nəzərdən keçirməyi təklif edib.Beynəlxalq mətbuat tərəfindən tez-tez "Şərqin Pina Bauşu" adlandırılan xoreoqraf-vizioner Yan Lipin məşhur əsərə öz təfsirini verir və onu qədim Çin simvolizmini Avropa musiqi ənənəsi ilə birləşdirən valehedici bir ayinə çevirir. Onun bu yanaşması Şərq ilə Qərb arasında yeni bir bədii dialoq açır, iki estetik sistemi vahid səhnə ifadəsində birləşdirir.

