Təhsil 365 - Logo Mobile

"Bahar ayini" Bakı səhnəsində: Şərq və Qərb elementləri paytaxtda birləşdi

20616.11.2025 - 16:54
"Bahar ayini" Bakı səhnəsində: Şərq və Qərb elementləri paytaxtda birləşdi

"Bakı "Bahar ayini"ni sərgiləmək üçün ən uğurlu yerdir. Çünki Şərqlə Qərb mədəniyyəti məhz burada birləşir və yeni dil yaranır".

Təhsil365” xəbər verir ki, bu fikirləri İqor Stravinskinin dünya musiqisinin incilərindən olan "Bahar ayini" baletinin kreativ prodüseri Faruk Çaudhri jurnalistlərə açıqlamasında deyib.

Bahar ayini Bakı səhnəsində: Şərq və Qərb elementləri paytaxtda birləşdiO bildirib ki, rəqs dünya üçün ən yaxşı ortaq dildir və hər kəsə xitab edir: "Biz "Bahar ayini"ni 2018-ci ildə Londonda təqdim etdik. Daha sonra bu, Moskva, Stenford, Avstraliya və Niderlandda nümayiş olundu. Təəssüf ki, pandemiya səbəbindən digər ölkələrə gedə bilmədik. Hazırda Bakıdayıq və Beynəlxalq İncəsənət Festivalında iştirak etdiyimiz üçün çox sevinirik. Düşünürəm ki, Bakı bu tamaşa üçün ən uyğun məkandır. Xoreoqraf Yan Lipin burada müasir və xalq xoreoqrafiyasının elementlərini bir dildə birləşdirib".Prodüser "Bahar ayini"nin əsas ideyasından da danışıb: "Əksər "Bahar ayini" baletlərində bir qurban var - o, baharın gəlməsi üçün özünü fəda edir. Amma Çin versiyasında qurban olmaq əslində bir məsuliyyətdir. Sən bunu cəmiyyətini xilas etmək üçün edirsən və inanırsan ki, yenidən dünyaya qayıdacaqsan. Həyatın dövr edən çevrə olduğu ideyasını qəbul edirsən".

O vurğulayıb ki, səhnədə olan bütün personajlar xüsusi məna daşıyır.

Zərda Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...