Yasamalda 15 yaşlı şəxs qətlə yetirildi. Saxlanılan şəxsin isə 14 yaşı var.
‘‘Tehsil365’’ xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparılır.
“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.

