Təhsil 365 - Logo Mobile

Tuva Cihangir Ataseverlə görüş keçirilib

10218.11.2025 - 06:48
Tuva Cihangir Ataseverlə görüş keçirilib

BDU-da Türkiyənin tanınmış astronavtı Tuva Cihangir Ataseverlə görüş

“Tehsil365”xəbər verir ki,Bakı Dövlət Universitetinda (BDU) Ümumdünya Telekommunikasiyanın İinkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmıș astronavtı Tuva Cihangir Ataseverlə görüş keçirilib.

BDU rektoru Elçin Babayev tələbələrin müxtəlif elm sahələrində uğur qazanan dünyaşöhrətli insanlarla görüşlərinin təșkil edilməsinin onlar üçün stimul olduğunu bildirib. O, tələbələrlə görüş dəvətini qəbul etdiyinə görə Tuva Cihangir Ataseverə təșəkkür edib, bunun Universitetin tarixinə yazilacaq bir hadisə olduğunu vurğulayıb. Rektor diqqətə çatdırıb ki, Tuva Cihangir Ataseverin anası azərbaycanlıdır, tanınmIş astronavt ölkəmizi və bütün Türk dünyasını çox sevir.

Tanınmış astronavt çıxışında Türkiyənin kosmik proqramınin əsas hədəfləri və strateji prioritetləri, kosmosa ușuş hazırlıqları barədə məlumat verib, kosmik missiyası ilə bağlı təəssüratlarını bölüșüb.

Nərmin Süleymanlı

Новостная лента

На данный момент новостей в ленте нет...