Təhsil 365 - Logo Mobile

Şimal-qərb bölgəsində İLK: 55 dayaq məntəqəsində 467 açıq dərs keçirilib

8719.11.2025 - 12:30
Şimal-qərb bölgəsində İLK: 55 dayaq məntəqəsində 467 açıq dərs keçirilib

17–19 noyabr tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan rayonlarda fəaliyyət göstərən 55 dayaq məntəqəsində açıq dərslər təşkil edilib.

Tehsil365” AzEdu.az-a istinadən xəbər verir ki,Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, regionun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I–XI sinif şagirdlərini əhatə edən, 17 fənn üzrə təşkil olunmuş və rayonlarda yaradılmış 55 dayaq məntəqəsində 3416 müəllimin iştirakı ilə 8576 şagirdin qatıldığı 467 açıq dərs keçirilib.

Qeyd edək ki, açıq dərslər birgə öyrənmə, inkişaf və təhsildə keyfiyyətin artırılmasına yönələn metodik dəstək və qabaqcıl təcrübə mübadiləsi məqsədi daşıyır.



Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...