Təhsil 365 - Logo Mobile

Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib

9021.11.2025 - 16:18
Abşeron və ətraf rayonlarda dövlət qulluqçularına təlimlər keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilib. Bununla əlaqədar, Mərkəz tərəfindən 2025-ci ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdiriləcək.

“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, 17-21 noyabr 2025-ci il tarixlərində Abşeron,Siyəzən, Xızı, Qobustan rayonlarında və Sumqayıt şəhərində qulluq keçən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” və “Dövlət müəssisələrində səmərəli ünsiyyət və komanda işi:qarşılıqlı əlaqənin təkmilləşdirilməsi üçün psixoloji vasitələr” mövzularında dövlət qulluqçuları üçün təlimlər keçirilib.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edilib ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...