Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə prosesi davam etdirilir.
“Tehsil365” BŞTİ-nin məlumatına əsasən xəbər verir ki, namizədlərə müsahibənin keçiriləcəyi yer və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrələrə SMS vasitəsilə göndərilir.
Müsahibə mərhələsində namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları qiymətləndirilir.

