Təhsil 365 - Logo Mobile

Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu

7821.11.2025 - 19:16
Bakıda güclü yanğın nəticəsində ölən hər üç şəxsin kimliyi məlum oldu

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində ölən üç şəxsin kimliyi məlum olub.

Tehsil365” "Report"a istinadən xəbər verir ki, onlar - 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətovadır.

Qeyd edək ki, Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...