Təhsil 365 - Logo Mobile

Dostu ilə zarafatlaşan yeniyetmə xəsarət alıb

10527.11.2025 - 07:18
Dostu ilə zarafatlaşan yeniyetmə xəsarət alıb

Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Noyabrın 26-sı saat 19:20-da bir nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

2013-cü il təvəllüdlü pasiyentə budun açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.

Nərmin Süleymanlı

Новостная лента

На данный момент новостей в ленте нет...