Təhsil 365 - Logo Mobile

Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

9527.11.2025 - 18:15
Bakıda dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək

Dekabrın 22-27-sı aralığında Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.

Tehsil365” "Report"a istinadən xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır, namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.

Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir. Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...