Təhsil 365 - Logo Mobile

Fransada yeniyetmənin yandırılmış meyiti tapılıb

8630.11.2025 - 17:20
Fransada yeniyetmənin yandırılmış meyiti tapılıb

Fransanın Marsel şəhərində 15 yaşlı şəxsin yandırılmış meyiti tapılıb.

Tehsil365” xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, onun yanmış meyiti uşaqlar üçün oyun meydançasında aşkarlanıb, şəxsiyyəti müəyyən edilib. Bildirilir ki, mərhumun əvvəllər məhkumluğu olmayıb.

Hadisə ilə bağlı "mütəşəkkil qrup tərəfindən törədilən qətl" və "cinayətkar sövdələşmə" maddələri üzrə istintaq başlanılıb. Araşdırmaya yaxın mənbə telekanala bildirib ki, meyitin yanında giliz aşkar edilib.

Telekanalın həmsöhbətlərinin məlumatına görə, o, əvvəlcə öldürülüb, sonra isə meyiti yandırılıb. Marsel prokuroru Nikola Bessonun sözlərinə görə, cinayətin xarakteri qətlin narkotrafiklə bağlı ola biləcəyini istisna etmir

Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...