Cəlilabadda körpə vəfat edib
“Tehsil365” xəbər verir ki, Cəlilabad şəhəri, Səttarxan küçəsinin sakini, Amiq Mirzəyev 6 aylıq uşağının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıb.
Uşağı müayinə edən həkim ona iynə vurub. Valideyn bildirib ki, iynədən sonra körpənin vəziyyəti ağırlaşıb və o, paytaxtdakı xəstəxanalardan birinə təxliyə edilib.
Ancaq həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

