Təhsil 365 - Logo Mobile

Şəmkirdə 5 uşaq bağçası əsaslı təmir edilir

8602.12.2025 - 17:50
Şəmkirdə 5 uşaq bağçası əsaslı təmir edilir

Şəmkir rayonunda 5 körpələr evi-uşaq bağçasında əsaslı təmir-bərpa işləri aparılır.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, 35 yerlik Dəllər Cəyir kənd 1 nömrəli körpələr evi-uşaq bağçası, 30 yerlik Abbaslı kənd körpələr evi-uşaq bağçası, 110 yerlik Xuluf kənd körpələr evi-uşaq bağçası, 55 yerlik Səməd Vurğun qəsəbə körpələr evi-uşaq bağçasında və 30 yerlik Könüllü kənd 2 nömrəli körpələr evi-uşaq bağçasında müasir tələblərə uyğun şərait yaradılır. Təmir işləri çərçivəsində yenilənən uşaq bağçalarının dam örtükləri dəyişdirilib, müasir istilik sistemləri quraşdırılıb. Hazırda binalarda son tamamlama işləri aparılır. İlin sonunadək balacaların istifadəsinə veriləcək bağçalar yeni inventar və lazımi avadanlıqla da təchiz ediləcək.

Barlıbağ qəsəbəsində yerləşən 35 yerlik körpələr evi-uşaq bağçasında isə cari ildə aparılan təmir-bərpa işləri artıq yekunlaşıb və müəssisə istifadəyə verilib.


Könül Əsgərova

Новостная лента

На данный момент новостей в ленте нет...