Təhsil 365 - Logo Mobile

Cəlilabadda vətəndaş qəbulu keçirilib

6305.12.2025 - 11:10
Cəlilabadda vətəndaş qəbulu keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 5 dekabr 2025-ci il tarixində Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Tehsil365”in məlumatına əsasən, öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı Cəlilabad, CəbrayılBiləsuvar rayon sakinlərinin hüquqi yardım, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...