Təhsil 365 - Logo Mobile

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub

10406.12.2025 - 15:46
Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub

Moldova Xarici İşlər Nazirliyinin dəstəyi ilə Kişineuda Respublika Sarayında illik Xeyriyyə Diplomatik Yarmarkası keçirilib.

"Tehsil365” xəbər verir ki, xeyriyyə yarmarkasında Azərbaycanın Moldovadakı səfirliyi də milli stendlə təmsil olunub. Azərbaycan mətbəxinin nümunələri, milli suvenirlər və əl işləri təqdim edilib.

Tədbirdə Moldovadakı səfirliyimizin dəstəyi ilə Azərbaycanın mədəniyyəti, mətbəxi təbliğ olunub. Kişineu sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən milli məhsullarımız paylanılıb.

Tədbir zamanı digər ölkələrin diplomatik nümayəndəlikləri də öz milli-mədəni irsini və adət-ənənələrini təqdim ediblər.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...