Təhsil 365 - Logo Mobile

Bakıda “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

11909.12.2025 - 12:52
Bakıda “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir

Dekabrın 9-da Bakıda “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfrans öz işinə başlayıb.

'“Tehsil365” xəbər verir ki, Konfrans Elm və Təhsil Nazirliyi, Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) və digər tərəfdaş qurumların təşkilatçılığı ilə keçirilir. Tədbirdə bir sıra ölkələrdən təhsil mütəxəssisləri, tədqiqatçılar, müəllimlər və təhsil siyasətçiləri iştirak edir.

Konfransın məqsədi ümumi təhsildə keyfiyyətin artırılması istiqamətində dünya təcrübələrinin öyrənilməsi, yeni metodların və yanaşmaların müzakirəsi, eləcə də ölkələrarası təhsil əməkdaşlığının gücləndirilməsidir.

Çıxış edənlər təhsildə innovativ yanaşmalar, rəqəmsallaşma, müəllim hazırlığı, kurikulum islahatları və qiymətləndirmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Konfrans panel müzakirələr, təqdimatlar və interaktiv sessiyalarla davam edir.

Cümşüdova Gülbadam

Новостная лента

На данный момент новостей в ленте нет...