Təhsil 365 - Logo Mobile

İlqar Əliyev memarlıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb

11509.12.2025 - 17:15
İlqar Əliyev memarlıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin Memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müəllimi İlqar Əliyev elmi fəaliyyətində əldə etdiyi uğurlara görə memarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 

“Tehsil365” bildirir ki, İlqar Əliyevin tədqi qat işi müasir memarlıq prinsipləri, şəhərsalmanın aktual problemləri və dayanıqlı inkişaf konsepsiyasına əsaslanan yanaşmaların təkmilləşdirilməsinə həsr edilib. O, araşdırmalarında şəhər məkanlarının daha funksional, ekoloji cəhətdən səmərəli və insanyönümlü şəkildə təşkili ilə bağlı yeni elmi nəticələr əldə edib.
Sözügedən elmi dərəcə İlqar Əliyevin akademik karyerasında mühüm mərhələ olmaqla yanaşı, universitetin elmi potensialının daha da güclənməsinə xidmət edəcək.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...