Təhsil 365 - Logo Mobile

ADU-da Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirilib

10611.12.2025 - 15:02
ADU-da Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirilib

5–8 dekabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) 2025/2026-cı tədris ili üçün Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirib.
“Tehsil365”
bildirir ki, imtahanlar Elmi işlər üzrə prorektorun rəhbərliyi, doktorantura şöbəsinin müdiri, ixtisas fənləri üzrə komissiya üzvləri, həmçinin Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri və nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Minimum imtahanların təşkili doktorantların elmi fəaliyyətə hazırlıq səviyyəsinin qiymətləndirilməsinə xidmət edir.

İmtahanlar müvafiq qaydalara uyğun şəkildə keçirilib və prosesin obyektivliyinin təmin olunması üçün zəruri şərait yaradılıb.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...