Təhsil 365 - Logo Mobile

Beynəlxalq Əlillər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

10511.12.2025 - 15:17
Beynəlxalq Əlillər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir

Azərbaycan Dillər Universiteti (ADU) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi, inklüziv təhsil ideyalarının təşviqi və bu sahədə həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması olub.

“Tehsil365” bildirir ki, tədbirdə İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova, Təhsil fakültəsinin dekan müavini Aytac Əsgərova və tələbələr iştirak ediblər. Çıxışlar zamanı inklüziv təhsilin əhəmiyyəti, əlilliyi olan şəxslərin hüquqlarının qorunması və bu istiqamətdə görülən işlər diqqətə çatdırılıb.

Sonda interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi həyata keçirilib.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...