Təhsil 365 - Logo Mobile

Şərqi Qazaxıstan Dövlət Universitetinin nümayəndələri ADU-nun qonağı olub

10411.12.2025 - 16:32
Şərqi Qazaxıstan Dövlət Universitetinin nümayəndələri ADU-nun qonağı olub

06–15 dekabr tarixlərində Şərqi Qazaxıstan Dövlət Universitetinin filologiya elmləri doktoru Kartayeva Ayjan Maratbekovna, filologiya elmləri namizədi Alimxan Ayqül Asetovna, Qazax–rus dili və jurnalistikası kafedrasının müdiri Barbosınova Karlıqaş Türkestanovna və baş müəllim Kayırbayeva Jazira Küatbekovna Azərbaycan Dillər Universitetinin (ADU)Türk Dünyası Araşdırmaları Mərkəzində qonaq olublar.

“Tehsil365” bildirir ki, ziyarət çərçivəsində işbirliyi və ortaq elmi-tədqiqat layihələri barədə müzakirələr aparılıb. Görüş zamanı Şərqi Qazaxıstan Dövlət Universiteti Abaytanu Elmi Tədqiqatlar İnstitutu ilə Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumda elmi tədqiqatlar, tələbə mübadiləsi, ikili diplom proqramları, konfranslar, seminarlar, simpoziumlar, akademik və elmi tədbirlər, mədəni layihələr, doktorantlara dəstək və digər sahələrdə əməkdaşlıq məsələləri əksini tapıb.

Aysel Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...