Bəzi valideynlər məktəb rəhbərliyindən narazılıq edərək, qız şagirdlərə şalvar geyinməyə icazə verilmədiyini bildiriblər.
"Tehsil365" xəbər verir ki, Onların sözlərinə görə, məktəb rəhbərliyi şalvarın məktəb formasına uyğun olmadığını əsas gətirərək yalnız ətək geyinməyə icazə verir. Bu isə xüsusilə soyuq havalarda narahatlıq və narazılıq doğurur.
Valideynlər məsələni həm gender bərabərliyi, həm də uşaqların sağlamlıq və rahatlığı prizmasından dəyərləndirərək, qadağanın ləğv edilməsini tələb edirlər. Onlar hesab edirlər ki, bu cür məhdudiyyətlər təhsildə bərabərliyi və müasir yanaşmanı əngəlləyir.
Məktəb rəhbərliyi isə bildirib ki, tətbiq olunan qaydalar Təhsil Nazirliyinin təsdiqlədiyi məktəb forması standartlarına əsaslanır. Məsələ ictimai müzakirəyə səbəb olub və ekspertlər bu kimi hallarda daha çevik və şəffaf yanaşmanın vacibliyini vurğulayırlar.

